Avropa Çempionatı

Şahzadə paltardəyişmə otağına girdi – Futbolçulara nə deyib?

Şahzadə Uilyam Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Danimarka ilə 1:1 hesablı heç-heçədən sonra İngiltərə futbolçularını sakit olmağa çağırıb.

Aut.az “Daily Mail”ə istinadən bildirir ki, kral ailəsinin üzvü oyundan dərhal sonra milli komandanın oyunçularını ruhlandırmaq üçün soyunub-geyinmə otağına baş çəkib və Qaret Sautqeytin komandasına məyusedici nəticəyə həddindən artıq reaksiya verməməyi tövsiyə edib.

“O, sadəcə bizi müsbət tutmağa çalışırdı. Dedi ki, bu, dünyanın sonu deyil. Biz hələ də qrup lideriyik, uduzmamışıq. Sadəcə, oyun haqqında düşünmək lazımdır, görək nəyi inkişaf etdirə bilərik. Növbəti matçı səbirsizliklə gözləyirik”, – deyə İngiltərə millisinin yarımmüdafiəçisi Adam Uorton bildirib.

Aut.az