İngiltərə

Keyn millinin oyununu “zibil” adlandıran əfsanəyə belə cavab verdi

İngiltərə millisinin hücumçusu Harri Keyn yığmanın oyununu “zibil” adlandıran sabiq futbolçu Qari Linekerin tənqidlərinə cavab verib.

Aut.az xəbər verir ki, Keyn bu barədə “Sky News”a danışıb.

“Mən heç vaxt heç bir oyunçuya, xüsusən də əvvəllər milli komandada oynamış və bunun nə demək olduğunu bilən birinə hörmətsizlik etmək istəməzdim.

İndi ekspert olan keçmiş oyunçular başa düşməlidirlər ki, onların dediklərini eşitməmək çox çətindir. Ona görə də hesab edirəm ki, keçmiş futbolçuların və mütəxəssislərin üzərinə məsuliyyət düşür. Bilirəm ki, onlar dürüst olmalı və öz fikirlərini söyləməlidirlər, lakin İngiltərə millisinin keçmiş oyunçuları kimi onların da məsuliyyəti var.

Nəticə odur ki, biz uzun müddətdir ki, xalq olaraq heç nə qazanmamışıq. Və onların çoxu bunun bir hissəsidir… böyük turnirlərdə mübarizə aparmağın nə qədər çətin olduğunu bilirlər. İngiltərə üçün oynamaq çətindir”, – Keyn deyib.

Aut.az