“Real”ın əfsanəsi bu klubdan şirnikləndirici təklif gözləyir: Alsa…
“Real”ın əfsanəvi futbolçusu Raul Madrid klub sistemini tərk edə bilər. O, hazırda ispaniyalı “Kastilya”ya rəhbərlik edir.
Aut.az xəbər verir ki, AS-ın məlumatına görə, Raula şirnikləndirici təklif gəlsə, onu nəzərdən keçirəcək. Mənbənin sözlərinə görə, mütəxəssislə “Sevilya” fəal şəkildə maraqlanır.
Həmçinin qeyd edilir ki, “Real” komandanın keçmiş kapitanını çox yüksək qiymətləndirir və ayrılmaq istəsə, onun qərarını qəbul edəcək.
Aut.az
