O, yalnız bu oyun üçün qayıdıb – Flik kimi deyir?
“Barselona”nın baş məşqçisi Hansi Flik alman qapıçı Mark-Andre ter Şteqenin Kubokun 1/8 final mərhələsində “Qvadalaxara”ya qarşı oyununu təmkinli qiymətləndirib.
Aut.az xəbər verir ki, baş məşqçinin sözlərini “Marca” nəşri yayıb.
“Mark kapitandır və burada olduğu 12 il ərzində bir çox oyunda iştirak edib. Digər məşqçilərlə danışdıq və ona oynamaq imkanı vermək qərarına gəldik. O, geri döndü, amma yalnız bu matç üçün və düşünürəm ki, bu, yaxşı bir növbəti addımdır”, – məşqçi deyib.
“Barselona”nın alman qapıçısı Mark-Andre ter Ştegen mövsümdə ilk oyununu keçirib. 33 yaşlı futbolçu ötən mövsüm diz zədəsindən sonra cəmi doqquz oyunda iştirak edib və belindəki əməliyyat səbəbindən cari mövsümün əvvəlində iştirak edə bilməyib. O, komandanın kapitanı olaraq qalır.
Ter Ştegen 2014-cü ildə “Borussiya” (Münhenqladbax) klubundan transfer olunduqdan bəri “Barselona”da 422 oyun keçirib və 17 kubok qazanıb.
Aut.az
