“Siti”yə keçidi onun təkidi ilə baş tutubmuş: Sirri 14 il sonra açdı
İspaniya millisinin və “Mançester Siti”nin sabiq futbolçusu David Silva “Valensiya”dan “vətəndaşlar”ın düşərgəsinə keçidinin təfərrüatlarından danışıb.
Aut.az xəbər verir ki, Silva bu barədə AS nəşrinə danışıb.
“Roberto Mançini dekabrdan bəri hər həftə mənə zəng edirdi. O, mənə inam göstərdi və bunu qiymətləndirdim. Onların səni istədiyi yerə getməlisən. “Valensiya”ya dedim ki, “Mançester Siti”nin təklifinə üstünlük versin. Və mən haqlı idim. Mən orada çox yaxşı 10 il keçirdim. Bu klubun indi harada olduğunu görmək məni xoşbəxt edir, çünki mən bu böyümənin bir hissəsi olmuşam”, – Silva bildirib.
İspan yarımmüdafiəçi 2010-2020-ci illərdə “Mançester Siti”də çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 436 matçda iştirak edib, 77 qol vurub, 131 məhsuldar ötürmə edib.
Aut.az
