Prezidentə məktub yazdı: Bacarmırsansa, get
Viktor Font “Barselona”nın prezidenti Joan Laportanı istefaya çağırıb.
Aut.az xəbər verir ki, klub prezidentliyinə keçmiş namizəd Laportaya məktub göndərərək, klubda baş verən bir sıra hadisələri tənqid edib.
Xüsusən də baş məşqçi Xavi Ernandeslə bağlı qeyri-müəyyən vəziyyəti əsas gətirərək, klubun “qorxulu” idarəçiliyindən danışıb. Bundan əlavə, o, Laportanın vəzifəyə gəldikdən sonra etika kodeksinə əməl etmədiyini və bəzi oyunçuların nümayəndəsi olan idman direktoru Dekonun maraqlarının mümkün toqquşmasını qeyd edib.
O, həmçinin klubun itkilərindən təəssüflənib və təklif olunan müqavilənin əsassız şəkildə şişirdilmiş qiyməti səbəbindən “Barça Studios” üçün investor axtarışının uzanmasından narahatlığını bildirib.
Font klubu bütün məsələlərdə şəffaf olmağa, strateji oyunçuların satışı və yeni kreditlər də daxil olmaqla, klubun reputasiyasına və gələcək qazanclarına xələl gətirə biləcək əməliyyatlardan çəkinməyə çağırıb.
Vəziyyətin kritikliyini vurğulayaraq, o, “klubu dəyişdirməyə və layiq olduğu yerə qaytarmağa hazır olan yeni nəsil kadrların olduğunu” bildirib.
Onların adından Laporta müraciət edərək, mümkün olan hər cür yardımı təklif edib və həmçinin “Barsa”dakı axını dəyişdirmək üçün kifayət qədər gücü yoxdursa, prezidenti istefaya çağırıb.
Aut.az
