İngiltərə

Premyer Liqanın ən uğursuz transferləri

“Aston Villa”nın keçmiş futbolçusu Qabriel Aqbonlahor bu mövsüm Premyer Liqada ən pis transferlərin siyahısını açıqlaıb.

“Onana mövsümə necə başladığına görə siyahıdadır. Maunt da var – hələ heç nə etməyib, eləmi? Haverts hələ də uğursuz oyunçular komandasının kapitanıdır. Amma ən pisi Onanadır.

O, çox pisdir. Topu qəbul edərkən çox rahat görünür. Bu, dostlarla oynamaq kimidir. Əgər siz bu qədər rahatsınızsa və bəzən pis ötürmələr edirsinizsə, heç olmasa zərbələri dəf etməyi bacarın!

“Brentford”la matçda komandaya kömək etməli, “Bavariya” ilə matçda Zananın qol vurmasının qarşısını almalı idi. O, forma alacaq, amma hələlik mən onu mövsümün ən pis transferi adlandırardım”, – deyə Aqbonlahorun sözlərini “talkSPORT” sitat gətirib.

Aut.az