İspaniya

Barselona klubu bir ildən sonra La Liqaya qayıtdı  

Sequndanın iki komandası – “Espanyol” və “Ovyedo”nun qarşılaşdığı İspaniya La Liqasının növbəti mövsümündə iştirak hüququ uğrunda pley-off finalının ikinci oyunu başa çatıb.

Aut.az xəbər verir ki,  Oyun “RCDE – Cornella-El Prat” stadionunda (Barselona, ​​İspaniya) baş tutub. “Espanyol” 2:0 (iki matçdan sonra 2:1) hesabı ilə qalib gələrək İspaniya Primera Liqasına yüksəlib.

“Espanyol” ötən mövsüm 42 matçdan 69 xalla Sequnda Divizionunu dördüncü pillədə başa vurub.

Xatırladaq ki, “Espanyol” La Liqanı ötən il tərk etmişdi.

Aut.az