Avropa Çempionatı

Avro-2024-ün 4 favoriti – Mourinyonun versiyası

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo qarşıdan gələn Avropa çempionatının favoritləri haqda fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, “The Independent” mütəxəssisin sözlərini sitat gətirib.

“Mən Portuqaliya millisinin əvvəlki nəsillərinə hörmətsizlik etmək istəmirəm, lakin heyətin dərinliyi və keyfiyyəti baxımından indi tarixin ən yaxşı komandasına sahibik. Portuqaliya turniri qazana bilər.

Fransa və Almaniya həmişə yaxşı oynayır, Portuqaliya və İngiltərə həmişəkindən daha yaxşı heyətə malikdir. Bu dörd komanda favoritdir. İspaniyadan əmin deyiləm, amma onların futbolu və oyunçuları ən keyfiyyətlidir. İtaliya və ya Belçikanın qələbəsi mənim üçün sürpriz olacaq”, – Mourinyo bildirib.

2024-cü ildə Avropa çempionatı Almaniyada keçiriləcək. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Aut.az