Pley-offa çıxdılar, komanda yoldaşları üçün makaron bişirdi – VİDEO
İspaniya millisinin üzvü Alvaro Morata diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, o, Avro-2024-də çıxış edən komanda yoldaşları üçün karbonara makaronu hazırlayıb. Morata bu addımı İspaniyanın pley-offa vəsiqəni etməsindən sonra atıb. Milli komandanın sosial şəbəkə hesabları 31 yaşlı hücumçunun kiçik tədbirindən görüntülər də yayımlayıb.
Qeyd edək ki, B qrupunda yer alan “matadorlar” İtaliya (1:0) və Xorvatiyanı (3:0) məğlub edərək pley-offa vəsiqə qazanıb. Morata isə 2 oyun keçirib və 1 qol vurub.
Aut.az
