Digər

Həbib Dağıstandakı terror aktına belə reaksiya verdi: Terrorçu onun şagirdidir?  

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Dağıstanda silahlıların hücumu nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Aut.az xəbər verir ki, iyunun 23-də silahlı qruplar Dərbənddə sinaqoq və kilsəni atəşə tutub, həmçinin Mahaçqalada yol polisi postuna hücum ediblər. Son məlumatlara görə, 15 polis əməkdaşı və bir neçə mülki şəxs həlak olub. 6 yaraqlı zərərsizləşdirilib.

“Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Allah hamımızı belə vəziyyətlərdən qorusun, başımızın üstündə sülh səması nəsib etsin.

Özünüzün və yaxınlarınızın qayğısına qalın, hər kəs ətrafına və uşaqlarına, kimlərlə ünsiyyət qurduqlarına baxsın.

Ruhların tərbiyəsi bədən tərbiyəsindən daha vacibdir.

Dağıstan ❤️🤲”, – deyə Həbib sosial şəbəkədə yazıb.

“Mash” Telegram kanalı bildirib ki, Dağıstanda təhlükəsizlik qüvvələri tərəfindən məhv edilən yaraqlılardan biri MMA döyüşçüsü Hacımurad Kaqirov ola bilər. Bildirilib ki, idmançı Abdulmanap Nurməhəmmədovun məktəbinin şagirdi və oğlu Həbibin “Eagles MMA” klubunun döyüşçüsüdür.

 

Aut.az