Avropa Çempionatı

Türkiyə – Ermənistan oyununda Azərbaycan bayrağı – VİDEO/FOTO

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları keçirilir. Bu dəqiqələrdə D qrupunda qərarlaşan  Türkiyə millisi Ermənistan yığmasını qəbul edir.

Aut.az xəbər verir ki, UEFA arenaya Azərbaycan bayrağının keçirilməsini qadağan etmişdi. Amma buna baxmayaraq, türk azarkeşlər Azərbaycan bayrağını stadiona keçiriblər.

Üstəlik, qarşılaşmadan əvvəl türkiyəli azarkeşlər qrup halında toplaşaraq “Qarabağ Azərbaycandır, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını da səsləndiriblər.

Türkiyə - Ermənistan oyununda Azərbaycan bayrağı – VİDEO/FOTO