“Mançester Yunayted” əvvəllər pedofiliyaya görə məhkum olunmuş qadın komandasının keçmiş məşqçisi Ceff Konopkanı komandanın oyunlarından birinə dəvət etdiyi üçün üzr istəyib.
Xatırladaq ki, ötən il “Mançester Yunayted” sabiq çalışdırıcısını qadınlardan ibarət komandanın oyununa fəxri qonaq kimi dəvət edərək, onu klub muzeyində təqdim edib.
Klub Konopkanın cəzaları ilə bağlı məlumat alıb və faktları təsdiqləmək üçün təcili olaraq müvafiq qurumlarla əlaqə saxlayıb.
“ Klub rəhbərliyi bu məlumatı aldıqdan sonra müvafiq tədbirlər görüb və artıq bu şəxslə heç bir əlaqəsi olmayacaq.
“Mançester Yunayted” bu dəhşətli cinayətlərin qurbanlarına və bütün zərərçəkənlərə səmimi başsağlığı verir”, – klubun açıqlamasında deyilir.
Qeyd edək ki, Konopka 1983-2001-ci illərdə “Mançester Yunayted”in qadınlardan ibarət komandasına rəhbərlik edib. 2011-ci ildə o, 16 və 14 yaşdan kiçik qızlara qarşı 19 nalayiq hərəkətdə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edilib və on il müddətinə seksual cinayətkarlar reyestrinə salınıb.
Aut.az