Avropa Çempionatı

Əfsanə Levandovskini tənqid etdi: Belə penalti vurmazlar

Polşa millisinin tarixinin ən yaxşı bombardiri olan Qreqor Lato Robert Levandovskini Avropa çempionatının qrup mərhələsində Fransa ilə matçda penalti yerinə yetirməsinə görə tənqid edib (1:1).

Aut.az xəbər verir ki, əfsanəvi hücumçu bildirib ki, polşalı kapitan daha inamlı hərəkət etməli idi.

“Onun ilk cəhdindən məyus oldum, daha inamla vurmalı idi. Rəqib qapıçı önə çıxmışdı, lakin o, daha inamlı hərəkət etsəydi, bunun əhəmiyyəti olamayacaqdı”, – deyə “Mundo Deportivo” Latodan sitat gətirib.

Xatırladaq ki, Levandovskinin ilk zərbəsini fransız qapıçı Mayk Maignan dəf edib.

Təkrardan sonra məlum olub ki, qapıçı qapı xəttini əvvəlcədən tərk edib və bu səbəbdən penalti təkrar yerinə yetirilib. İkinci cəhddə Levandovski zərbəni qola çevirib.

Aut.az