Gürcüstan hakimiyyəti tarix yazan yığmaya bu qədər mükafat verdi
Gürcüstan millisinin oyunçuları Almaniyada keçirilən Avropa çempionatının pley-off mərhələsinə yüksəldiklərinə görə vəd edilmiş 30 milyon lari (10 milyon dollardan çox) mükafat alıblar.
Gürcüstan Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Portuqaliya millisini 2:0 hesabı ilə məğlub edərək turnirin 1/8 finalına yüksəlib.
Aut.az xəbər verir ki, bundan əvvəl hakim “Gürcü Arzusu” partiyasının yaradıcısı, milyarder Bidzina İvanişvilinin “Kartu” Fondu Avropa çempionatının pley-off mərhələsinə yüksələcəyi təqdirdə komandaya 30 milyon lari bonus verəcəyini bildirmişdi. Komanda həmçinin pley-offda hər qələbəyə görə 30 milyon lari qazanacaq.
“Qrupdan çıxmaq üçün nəzərdə tutulan ilk 30 milyon artıq milli komandaya transfer olunub. Milli komandanın oyunçuları ilə görüşdə biz onlara növbəti qələbənin də bu qədər mükafat gətirəcəyini bildirdik”, – la bağlı olduğunu xatırlatdıq”, – TASS Gürcüstanın baş naziri İrakli Kobaxidzedən sitat gətirib.
1/8 finalda gürcü futbolçular iyunun 30-da İspaniya ilə qarşılaşacaqlar.
Aut.az
