“Real”dan ayrıldı, bu ərəb klubu ilə anlaşdı – FOTO
“Real”ın sabiq kapitanı Naço Fernandes Səudiyyə Ərəbistanının “Əl-Kadisiyyə” klubuna keçib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçu yeni komandasında 6 nömrəli formada çıxış edəcək. Naço azad agent kimi ərəb klubuna keçib.
26 kubokla Naço “Real” tarixində ən çox mükafat alan futbolçudur. İspan tarixdə 6 dəfə Çempionlar Liqasının qalibi olmağı bacaran 5 futbolçudan biridir.
Naço “Real”ın yetirməsidir. O, Madrid klubunda 364 oyun keçirib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.

Aut.az
