Avropa Çempionatı

Milli Avro-2024 ilə vidalaşdı, prezident və baş katib istefa verdi

Komandanın Avropa çempionatını tərk etməsindən sonra Serbiya Futbol İttifaqının (FSU) vitse-prezidenti Branislav Nedimoviç və baş katib Yovan Surbatoviç istefa veriblər

Aut.az xəbər verir ki, bu barədə “Tanyuq” xəbər agentliyi məlumat yayıb.

Avro-2024-də Draqan Stoykoviçin komandası cəmi 2 xal toplayaraq İngiltərə, Danimarka və Sloveniya ilə qrupda sonuncu yerdə qərarlaşıb.

FSS İcraiyyə Şurası gələn həftə keçiriləcək iclasında Nedimoviçin istefasını qəbul edəcək. Bundan sonra o, Sremska Mitrovitsa şəhərinin meri təyin olunacaq.