Aİ rəhbəri də BOK-un qərarına qarşı çıxdı: Bu, Rusiya üçün mükafatdır
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas BOK-un rusiyalı idmançıların beynəlxalq yarışlara qayıtmasına icazə vermək qərarını tənqid edib.
Aut.az xəbər verir ki, Kallas qeyd edib ki, Ukraynada mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi fonunda bu qərar hərbi təcavüz aktlarına görə mükafat kimi görünür.
Onun sözlərini “The Guardian” qəzeti yayıb.
O, bu addımı “reallıqdan kənar” adlandırıb, çünki bu, Rusiyanın Ukrayna mülki vətəndaşlarını öldürdüyü bir vaxtda baş verir.
“Buna görə də, görünür, Beynəlxalq Olimpiya Komitəsi bu cür hücumları təşviq edir”, – deyə o bildirib.
Xatırladaq ki, iyulun 7-də BOK İcraiyyə Şurası Rusiya Olimpiya Komitəsinin diskvalifikasiyasını müvəqqəti olaraq ləğv etdi və rusiyalı idmançıların iştirakını məhdudlaşdıran tövsiyələri dayandırdı.
8 iyulda Beynəlxalq Voleybol Federasiyası (FIVB) rusiyalı idmançılara və texniki rəsmilərə beynəlxalq yarışlara qayıtmağa icazə verib.
Bundan əvvəl Beynəlxalq Qılıncoynatma Federasiyası Rusiyadan olan idmançılara qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Beynəlxalq Stolüstü Tennis Federasiyası da bu siyahıya qoşulub və təcavüzkar ölkənin nümayəndələri üçün “yaşıl işıq” yandırıb.
Aut.az
