Berezutskinin məşqçisindən “Sabah”ın kuboku qazanmasına reaksiya: Nə danışırsan?
Vasili Berezutskinin CSKA-dakı sabiq məşqçisi Yuri Adcem ordu komandasının sabiq müdafiəçisinin rəhbərlik etdiyi “Sabah”ın Azərbaycan kubokunda qazandığı qələbədən danışıb. Berezutskinin yetirmələri finalda “Qarabağ”a qalib gəlib (3:2).
Aut.az xəbər verir ki, Adcemin sözlərini “Championat.com” sitat gətirib.
-Vasili Berezutskinin rəhbərlik etdiyi “Sabah” Azərbaycan kubokunun qalibi oldu.
– Nə danışırsan? Mən onun üçün çox xoşbəxtəm. “Qarabağ”la finalda oynayıblar. “Qarabağ” davamlı Avrokubokların qrupunda oynayan möhkəm komandadır. Vasili əla oğlandır! Berezutskilər necə futbolçu idilərsə, elə də məşqçi oldular”, – Adcem deyib.
Vasili Berezutski 2024-cü ilin noyabr ayının sonundan “Sabah”a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Azərbaycan çempionatında beşinci yeri tutub.
Aut.az
