“Porto” Avro-2024-də qəhrəmanlıq edən qapıçısını belə vəsf etdi – VİDEO
İyulun 1-də Avropa çempionatında Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final oyunu keçirilib.
Qarşılaşma oyunsonrası penaltilər seriyasında portuqalların 3:0 (əsas və əlavə vaxt – 0:0) hesablı qələbəsi ilə başa çatıb.
Görüşün qəhrəmanı penaltilər seriyasında sloveniyalı futbolçuların üç zərbəsini dəf edən portuqaliyalı qapıçı Dioqo Koşta olub.
Aut.az xəbər verir ki, onun qəhərmanlığına klubu “Porto” biganə qalmayıb. Klub sosial şəbəkədə qapıçısını divar hörən inşaatçıya bənzədib.
Aut.az
Diogo Costa. pic.twitter.com/5mGS3HMCMg
— FC Porto (@FCPorto) July 1, 2024
