Prezidenti və baş naziri milli komandaya belə təşəkkür etdilər
Gürcüstan prezidenti Salome Zurabişvili Avro-2024-dəki çıxışına görə ölkə yığmasına təşəkkür edib.
Aut.az xəbər verir ki, Villi Sanyolun komandası qrup mərhələsinin son oyununda Portuqaliyaya qalib gələrək, pley-off mərhələsinə adlamağı bacarsa da, ötən gün 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə ağır məğlub olub.
Dövlət başçısı sosial şəbəkədə yazıb: “Bəzən məğlubiyyət qələbədir! Uşaqlarımıza təşəkkür edirik!”
Gürcüstanın baş naziri İrakli Kobaxidze də komandanın tarixdəki debütü Avropa çempionatını tərk etməsinə münasibət bildirib. “Layiqli oyun üçün təşəkkür edirəm”, – deyə yazıb.
Aut.az
