Azərbaycanın qarşısına yarımcan çıxacaqlar – O da zədələndi
Avstriya yığması Azərbaycanla oyuna ciddi itkilərlə çıxacaq.
Aut.az xəbər verir ki, “Leyptsiq”in avstriyalı futbolçusu Ksaver Şlager də Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.
26 yaşlı yarımmüdafiəçi Almaniya Bundesliqasının 23-cü turunun “Borussiya” (Dortmund) ilə matçında (1:2) zədələnib.
Sağ topuğundan ciddi xəsarət alan oyunçunun əməliyyat olunacağı və mövsümün qalan hissəsində meydana çıxmayacağı deyilib.
Qeyd edək ki, Avstriya yığmasının lideri, “Real”ın futbolçusu David Alabada milli komandamızla oyunu buraxacaq.
Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisi ilə qarşılaşacaq.
Aut.az
