Dünya futbolu

“Real”ın futbolçusu millimizlə oyunu buraxacaq

Avstriya millisinin kapitanı David Alaba milli komandamızla oyunu buraxacaq.

Aut.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ralf Ranqnik məlumat verib. O, “Real”ın aparıcı futbolçusunun durumunun yaxşı olmadığını bildirib. Zədədən əziyyət çəkən müdafiəçinin AVRO-2024-ün seçmə mərhələsinin ilk oyunlarında iştirak edə bilməyəcəyini vurğulayıb.

Ranqnik bildirib ki, əvəzində hücumçu Marko Arnautoviç milli komandamızla görüşdə iştirak edə bilər.

Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.