Dünya futbolu

PSJ ona görə hərəkətə keçdi

“Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbek PSJ-nin diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin sözlərinə görə, almaniyalı futbolçu ilə klub arasında müqavilənin uzadılması üçün danışıqlar aparılır. Hazırkı sözləşmə 2027-ci ilin yayına qədər etibarlıdır. Lakin tərəflər irəliləyişə nail ola bilməyiblər.

Paris klubu bu məqamdan yararlanmaq istəyir. Fransa nəhəngi Şlotterbeki heyətinə qatmaq üçün “arılar”a təxminən 50 milyon avro təklif edir.

Qeyd edək ki, bu mövsüm Niko klub səviyyəsində 36 oyun keçirib və 4 məhsuldar ötürmə edib.

Aut.az