“İnter Mayami” “Real”ın sabiq futbolçusu ilə danışıqlara başladı
“İnter Mayami” “Real” və “Tottenhem”in sabiq müdafiəçisi Serxio Reqilonla danışıqlara başlayıb.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, 28 yaşlı ispaniyalı futbolçu azad agent statusundadır. O, MLS təmsilçisinə qoşulmaqda çox maraqlıdır. O, klubun təklifini ən yaxşı variant kimi görür.
Reqilonun “Tottenhem”lə müqaviləsi 2025-ci il iyulun 1-də başa çatıb. Müdafiəçi 2024/25 mövsümündə ingilis komandasında keçirdiyi 6 matçda məhsuldar göstəricilərilə yadda qalmayıb.
Aut.az
