PSJ nəhayət onu transfer edir
Ukrayna millisinin və “Bornmut”un mərkəz müdafiəçisi İlya Zabarının PSJ-yə keçmək üzrədir.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Mənbənin yazdığına görə, 22 yaşlı futbolçunun keçidi ilə bağlı klublar razılığa gəlmək üzrədir. Transferin məbləği təxminən 60 milyon avro təşkil edəcək. Şəxsi müqavilə ilə bağlı heç bir problem gözlənilmir, çünki Zabarı ilə Paris klubu artıq bütün şərtləri razılaşdırıb.
PSJ Zabarını iyunun 1-dən 10-dək olan ilk mini transfer pəncərəsi dövründə heyətinə qatmağa çalışıb ki, futbolçu 2025-ci il llublararası dünya çempionatında çıxış edə bilsin. Lakin “Bornmut” təklif olunan şərtlərlə razılaşmayıb:. “Albalılar” 70 milyon avro istəyirdilər, onlara isə cəmi 50 milyonun bir qədər artığı təklif olunmuşdu.
Bu səbəbdən danışıqlar bir müddət dayandırılmışdı. Lakin PSJ daha sərfəli təkliflə geri dönüb və bu, “Bornmut”u qane edib.
Aut.az

