Azərbaycan futbolu

Məsiyev Almaniya – İtaliya görüşünə təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Aut.az xəbər verir ki, azərbaycanlı hakim Slovakiyada təşkil edilən U-21 yığmalarının Avropa çempionatının 1/4 final mərhələsində baş tutacaq Almaniya – İtaliya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Matçın baş hakimi isə litvalı Manfredas Lukyançukasdır. İyunun 22-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qeyd edək ki, ədalət təmsilçimiz daha əvvəl Avropa çempionatında Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) matçlarını idarə edib.