Lunyev nə vaxt qayıdacaq? – Rəsmi açıqlama
“Qarabağ”ın mətbuat katibi Anar Hacıyev Andrey Lunyevin “Bayer”lə Avropa Liqası matçında aldığı zədədən sonra məşqlərə nə vaxt qayıda biləcəyi haqda məlumat verib.
“Həkimlərin deyirlər ki, MRT-nin nəticələrinə görə, Lunyev 10 gündən sonra yüngül məşqlərə başlaya biləcək”, – Hacıyev “Championat.com”un müxbiri Mariya Kutsubeyevya bildirib.
Xatırladaq ki, Avropa Liqasının “Qarabağ” – “Bayer” matçı noyabrın 9-da Bakıda keçirilib (0:1). İkinci hissədə zədələnən 31 yaşlı Lunyev 84-cü dəqiqədə Luka Quqeşaşvili ilə əvəzlənib. Noyabrın 7-də Andrey Lunyev Rusiya millisinin noyabrın 13-də Novoqorskda başlayacaq təlim-məşq toplanışına çağırılıb. Noyabrın 20-də Rusiya yığması Volqoqradda Kuba komandası ilə yoldaşlıq oyunu keçirəcək. Bu mövsüm Andrey “Qarabağ”ın heyətində 9 oyun keçirib və 9 qol buraxıb.
Aut.az
