Dünya futbolu

Hazırda dünyanın ən yaxşı 10 hücumameyilli yarımmüdafiəçisi

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri hazırda dünyanın ən yaxşı hücumameyilli yarımmüdafiəçilərinin reytinqini təqdim edib.

Aut.az xəbər verir ki, siyahıya “Real Madrid”in ingilis yarımmüdafiəçisi Cud Bellinqem başçılıq edir.

İlk üçlükdə “Mançester Siti”dən Kevin De Bruyne və “Bavariya”dan Camal Musiala da var.

“FourFourTwo”nun versiyasına görə hazırda dünyanın 10 ən yaxşı hücumameyilli yarımmüdafiəçisi:

  1. Cud Bellinqem (Real Madrid)
  2. Kevin De Bruyne (Mançester Siti)
  3. Camal Musiala (Bavariya)
  4. Filip Foden (Mançester Siti)
  5. Florian Virts (Leverkuzen)
  6. Bruno Fernandes (Mançester Yunayted)
  7. Martin Odeqard (Arsenal)
  8. Antuan Qrizmann (Atletiko Madrid)
  9. Koul Palmer (Çelsi)
  10. Daniel Olmo (Barselona).

Aut.az