Dünya futbolu

“Liverpul”un sabiq ulduzu ikinci divizion klubunu çalışdıracaq

“Liverpul”un sabiq hücumçusu Dirk Kuyt Niderlandın ikinci divizionunda çıxış edən “Dordrext”in yeni baş məşqçisi olub.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssislə 1 illik – 2026-cı ilin yayına kimi müqavilə imzalanıb. Maliyyə detalları açıqlanmayıb.

Kuytun son iş yeri 2023-cü ilin dekabr ayından rəhbərlik etdiyi “Belgian Beershot” klubu olub. İlk mövsümündə o, komandanı Belçika çempionatının ikinci divizionunda çempionluğa və elitaya yüksəldib. Bununla belə, 2024/25 mövsümündə komanda Pro Liqada sonuncu, 16-cı yeri tutaraq ikinci diviziona geri düşüb.

“Beershot” Kuytun məşqçilik karyerasında ikinci klub idi. 44 yaşlı niderlandlı 2022-ci ilin iyun-noyabr aylarında “ADO Den Qaq”a rəhbərlik edib.

Aut.az