Dünya futbolu

Federasiya ilə dil tapa bilmir

Arne Sloot və Kral Niderland Futbol Assosiasiyası (KNVB) potensial tərəfdaşlıq şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Aut.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.

Daha əvvəl “Liverpul”un keçmiş baş məşqçisinin milli komandada Ronaldo Kumanı əvəz edəcək əsas namizədlərdən biri olduğu barədə məlumatlar yayılmışdı.

Mənbənin sözlərinə görə, hazırda danışıqlarda əsas maneə müqavilənin müddətidir.

Slot iki illik müqavilə istəyir. O, 2028-ci il Avropa Çempionatının sonuna qədər işləməyə hazırdır. Lakin federasiya ona dörd illik müqavilə təklif edir.

Bildirilir ki, əgər Slot ilə razılıq əldə olunmasa, gənclər komandasına rəhbərlik edən Maykl Raytsger Niderland millisinin baş məşqçisi ola bilər.

Aut.az