Tanzaniya da ruslara xəbər göndərdi: Yaxşı təklif olsa…
Tanzaniya Rusiya ilə yoldaşlıq görüşü keçirə bilər.
Aut.az xəbər verir ki, bu barədə Tanzaniya Futbol Federasiyasının sözçüsü Ally Pisaro deyib:
“Gələn il Rusiya millisi ilə matç mümkün olacaq. Əgər bu oyun üçün təklif yaxşı olarsa, Tanzaniya və Rusiya milliləri arasında görüşün təşkilində problem olmayacaq. Lakin, hələ ki, gələn il üçün rəqib axtarışına başlamamışıq, heç bir hazırlıq getmir. Təklif alsaq və Rusiya tərəfi ilə razılığa gələ bilsək, görüş mütləq baş tutacaq”.
Bundan əvvəl Əfqanıstan da Rusiya ilə yoldaşlıq oyunu keçirməyə hazır olduğunu bildirmişdi.
Aut.az
