Cüdo

Azərbaycan yığması dünya çempionatına Şamaxıda hazırlaşır

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda keçiriləcək dünya çempionatına hazırlığı Şamaxıda davam etdirir.

Aut.az xəbər verir ki, Təlim-məşq toplanışında əsas diqqət idmançıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Məşqlər dözümlülük, güc və funksional hazırlığın inkişafı istiqamətində qurulub.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.