Cüdo

Azərbaycanlı cüdoçu Böyük Dəbilqə turnirinin qalibi oldu

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

Aut.az xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev final görüşünü qələbə ilə başa vurub.

O, həlledici qarşılaşmada Avstriya təmsilçisi Şamil Borçaşviliyə qalib gəlib.

Bundan əvvəl Hidayət Heydərov (73 kq) Böyük Dəbilqənin qızıl medalını qazanıb.