Elçin Məsiyev Sloveniya – Bosniya və Herseqovina matçına təyinat aldı
Azərbaycanlı hakim Elçin Məsiyev növbəti beynəlxalq təyinat alıb.
Aut.az xəbər verir ki, FIFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya U-21 – Bosniya və Herseqovina U-21 oyununu idarə edəcək. Matç martın 22-də, saat 21:00-da baş tutacaq.
22 mart
Sloveniya U-21 – Bosniya və Herseqovina U-21
“Mestni Fazanerija” stadionu. Saat 21:00
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: İnqilab Məmmədov
