Messi Səudiyyəni yox, ABŞ-ı niyə seçib? – Dostu açıqladı
Argentina millisinin sabiq hücumçusu Serxio Aquero, Lionel Messinin karyerasını niyə Səudiyyə klubunda yox, “İnter Mayami”də davam etdirdiyi haqda danışıb.
“Düşünürəm ki, Mayami və Səudiyyə Ərəbistanı arasında Leo rahatlığa görə birinci variantı seçdi. Mayami yaxşı yerdir, burada çoxlu latın amerikalılar var. Yəqin ki, o, ailəsi haqqında da fikirləşib. Səudiyyə Ərəbistanında onlar üçün daha çətin olardı”, – deyə “Goal” Aquerodan sitat gətirib.
36 yaşlı Messi “İnter Mayami”də iyulun 22-də debüt edib. O, yeni komandasında 3 görüşdə 5 qol vurub.
