Tibbi müayinədən keçdi
Braziliyalı hücumçu Roberto Firmino “Əl Əhli”yə keçməyə yaxındır.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Qeyd olunur ki, “Liverpul”un sabiq hücumçusu Səudiyyə Ərəbistanı klubunda tibbi müayinədən keçib. Növbəti addım “Əl-Əhli”nin futbolçunun transferi ilə bağlı rəsmi açıqlaması olacaq.
Daha əvvəl Firminonun 2026-cı ilə qədər müqavilə imzalayacağı bildirilirdi.
Aut.az
