Necə də oxşayırlar: Ronaldonun qızı ilə FOTOSU hər kəsi heyran etdi
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qızı Alana Martinanı ad günü münasibətilə təbrik edib.
Aut.az xəbər verir ki, Alananın 7 yaşı tamam olub.
“Şahzadəmin 7 yaşı var. Təbrik edirəm, mənim məhəbbətim!”, – Ronaldo “İnstaqram”da yazıb.
İzləyicilər qızın atasına çox bənzədiyini qeyd ediblər: “Onlar iki damla su kimidir”, “Sənin surətin, Kriştiano”, “Ad günün mübarək, vay, necə də oxşayırlar”.
Təbrik yazısı artıq 9 milyondan çox bəyənmə toplayıb.

