Dünya futbolu

“Siti”nin əfsanəsi bu klubun baş məşqçisi oldu

“Mançester Siti” və Fildişi Sahili millisinin keçmiş əfsanəvi futbolçusu Yaya Toure Bratislava “Slovan”ının baş məşqçisi təyin olunub.

Aut.az xəbər verir ki, Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mütəxəssis Slovakiya təmsilçisi ilə üç illik müqavilə imzalayıb.

Ture “Tottenhem” akademiyasında çalışıb. O, həmçinin Belçikanın “Standard” klubunda və Səudiyyə Ərəbistanı millisində köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərib.

2025/2026 mövsümünün yekunlarına əsasən, “Slovan” Slovakiya çempionu olub.

Aut.az