Dünya futbolu

De Bruyne görün baş məşqçisindən nə xahiş edib

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynenin İtaliya və Fransa ilə Millətlər Liqası matçları üçün heyətdə olmamasına münasibət bildirib.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Kevinlə uzun müddət telefon danışığım oldu. Onun zədəsi var, lakin “qırmızı şeytanlar”da oynamağa davam etmək və 2026-cı ildə keçiriləcək Dünya Kubokunda iştirak etmək üçün çox həvəslidir.

O, bədənini qorumaq üçün indi və noyabr ayında ona zəng etməməyi xahiş edib. Klublararası dünya çempionatına görə təqvim daha da gərginləşib. Ona görə də o, indi burada deyil və noyabrda da olmayacaq. Amma həqiqətən vacib olanda – Dünya Çempionatında gələcək.

Kevin böyük futbolçu və şəxsiyyətdir. Son matçda baş verənlərdən sonra danışdıq. Təbii ki, o, emosional idi, həmişə qalib gəlmək istəyir. Amma mediada heç vaxt ad çəkməyib. Biz sadəcə bununla məşğul olmalıyıq. Kevin dediyi üçün mediada böyük bir hekayə oldu. Amma soyunub-geyinmə otağında bu o qədər də böyük mövzu deyil”

Qeyd eədk ki, Belçika noyabrda Millətlər Liqasında İtaliya və İsraillə qarşılaşacaq.