Arda Turan Emin Mahmudovu yanına çağırır
“Neftçi” ilə yeni müqavilə imzalamağa tələsməyən Emin Mahmudov karyerasını Türkiyədə davam etdirə bilər.
Aut.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin xidmətində I Liqada mübarizə aparan “Eyüpspor” maraqlıdır. Bu barədə jurnalist Nazım Türknas məlumat yayıb.
Super Liqaya yüksəlməyi hədəfləyən İstanbul təmsilçisi iddialı heyət qurmağı planlaşdırır. Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor” buna görə Azərbaycan milli komandasının kapitanına rəsmi təklif göndərib.
Qeyd edək ki, Emin Mahmudov 2017-ci ilin yayından “Neftçi”də çıxış edir. Təcrübəli yarımmüdafiəçi son mövsümdə “ağ-qaralar”ın heyətində meydana çıxdığı 45 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
