Avropa ÇempionatıAlmaniya

Virts Almaniya millisinin tarixinə necə düşdü?

“Bayer”in yarımmüdafiəçisi Florian Virts Almaniya millisinin tarixində Avropa çempionatında ən gənc qol vuran futbolçu olub.

Aut.az xəbər verir ki, o, Şotlandiya ilə matçda (5:1) hesabı açmaqla buna nail olub. Bu barədə “Opta Sports” məlumat yayıb.

Qeyd edək ki, 21 yaşlı Virts Almaniya millisinin heyətində ikinci qoluna imza atıb.

Aut.az