İspaniyaAvropa Çempionatı

Yamal: Bunu bacarsaq, məktəbə qayıtmayacağam

İspaniya millisinin üzvü Lamin Yamal maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, 16 yaşlı cinah oyunçusu milli komanda ilə Avro 2024-ün finalına çıxacağı təqdirdə məktəbə qayıtmayacağını açıqlayıb. Vunderkind bu barədə “Cope” nəşrinə müsahibəsində bildirib:

“Neçə saat dərs oxuyuram? Yaxşı, boş vaxtımız çox olduğu üçün özümə “bu gün ən azı iki saat vaxtın var” demirəm. Bazada olanda və heç bir işim olmayanda “iPad”i götürürəm və bir az ev tapşırığı edirəm. Niko və ya Fermin məni “PlayStation” oynamağa çağıranda onlara qoşuluram.

İmtahanları göndərirlər, çap edib edirəm. Qiymətlərimi onlayn olaraq mənə göndərəcəklər. Çünki bu, çempionatda nə qədər irəliləyəcəyimizdən asılıdır. Ümid edirəm ki, heç vaxt dərsə qayıtmayacağam. Finala çıxsaq, dərhal məzuniyyətə gedəcəyəm”.

Xatırladaq ki, Yamal Avropa çempionatları tarixinin ən gənc futbolçusudur. Onun üzvü olduğu İspaniya millisi isə İtaliyanı məğlub edərək (1:0) B qrupunda birinci yeri təmin edib və pley-offa vəsiqə qazanıb.

Aut.az