İspaniya

Gündoğan “Barselona”dan niyə ayrılıb?

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi İlkay Gündoğanın komandadan ayrılması ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, o, yayılan şaiyələrə belə münasibət bildirib:

“Baş məşqçi Hansi Flik ilə görüşdükdən və komandadakı vəziyyəti qiymətləndirdikdən sonra ayrılmaq qərarına gəldi. Dani Olmonun gəlişi ilə oxşar funksiyaları yerinə yetirməyə qadir olan oyunçumuz var.

Bu, futbolçunun və klubun idman qərarı idi. Eşitdim ki, bunu iqtisadi məsələlərə bağlayırlar, amma belə deyil”.

Qeyd edək ki, avqustun ortalarında Gündoğan “Barselona” ilə müqaviləsini ləğv edərək “Mançester Siti” yə qayıdıb.

Aut.az