İspaniyaAlmaniya

“Atletiko” “Bayer”lə anlaşdı

“Atletiko” “Bayer Leverkuzen”in müdafiəçisi Alexandro Qrimaldonu heyətinə qatmağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Nicolo Schira məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Madrid klubu ilə Almaniya təmsilçisi arasında danışıqlar yekun mərhələyə çatıb.

Transferin dəyəri 12 milyon avro təşkil edəcək. İspan sol cinah müdafiəçisi ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Razılaşmada anlaşmanın daha bir il uzadılması imkanı da yer alacaq.

Aut.az