“Bavariya” onu da qovur – Höness “torba” tikib
“Bavariya” idarə heyətinin sədri Oliver Kana əvəzləyici axtarmağa başlayıb.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Martin Volkmar “Tvitter” hesabında yazıb.
Mənbənin sözlərinə görə, proses “Bavaraiya”nın İdarə Heyətinin üzvü Uli Hönessin təşəbbüsü ilə baş tutub. Kanın yerinə əsas namizəd kimi Frankfurt “Ayntraxt”ında oxşar vəzifə tutan Aksel Hellmann hesab edilir.
O da bildirilir ki, Kanın qovulması və Hellmannın gətirilməsi prosesi uzana bilər. Belə olan halda Karl-Haynts Rummenigge müvəqqəti olaraq “Bavariya”nın idarə heyətinin sədri vəzifəsini tuta bilər.
Aut.az
