Dünya futboluAlmaniya

Almaniyanın əfsanəsi Fransanın müflis olmuş klubunu alır

Əfsanəvi alman qapıçısı Oliver Kan “Bordo”nu almaq üçün danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə “Sud-Ouest” məlumat yayıb.

2024-cü ilin iyulunda “Bordo” maliyyə problemlərinə görə peşəkar statusunu itirib və Fransanın 4-cü divizionuna düşüb.

Mənbənin məlumatına görə, “Marsel”in keçmiş prezidenti Jak-Anri Ayraud Kanın adından “Bordo”nun sahibi Jerar Lopezlə klubun mümkün alınması ilə bağlı əlaqə saxlayıb.

Xatırladaq ki, 55 yaşlı Kan 2023-cü ildə “Bavariya”nın baş direktoru postunu tərk edib.

Aut.az