“Bayer” Virtsin yerinə onu istəyir: İdeal əvəzedicidir
“Bayer” “Mançester Siti”nin 29 yaşlı cinah oyunçusu Cek Qrilişi 22 yaşlı yarımmüdafiəçi Florian Virtsin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin məlumatına görə, Leverkuzen klubunun yeni baş məşqçisi Erik ten Haq hesab edir ki, ingilis futbolçu Virtsin “ideal əvəzedicisi” ola bilər.
“Şəhərlilər” Qrilişin satışından təxminən 40 milyon funt-sterlinq (47,2 milyon avro) əldə etmək istəyir. Eyni zamanda, 29 yaşlı cinah oyunçusu ilə “Tottenhem”, “Nyukasl” və “Aston Villa” da maraqlanır.
Aut.az
