Dünya futbolu

Atası açıqladı: Oğlum Səudiyyə Ərəbistanına gedir

“Lokomotiv”in və Albaniya millisinin müdafiəçisi Mario Mitayın atası Lin Mitay oğlunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyini bildirib.

“Mario bir illik icarə əsasında “Əl-İttihad”a gedir. Artıq klublar razılığa gəliblər.

Dünən axşam oğlum Albaniya millisinə qoşulmaq üçün Rusiyanı tərk edib, bundan sonra Səudiyyə Ərəbistanına gedəcək”, – Lin Mitay “Sport24”-ün müxbiri Vladislav Şapiroya müsahibəsində deyib.

Mitay 2022-ci ilin yayında Yunanıstan AEK-dən “Lokomotiv”ə keçib.

Aut.az