Dünya futbolu

Di Mariadan şok açıqlamalar: Doğma klubuna niyə qayıtmayıb?

“Benfika”nın və Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria doğma “Rosario Sentral”a keçməkdən niyə imtina etmə səbəbi haqda danışıb.

Aut.az xəbər verir ki, o, bu barədə “Rosario3” kanalına açıqlama verib:

“Mən bu qərarı ilk təhlükədən sonra verdim. Həmin vaxt milli komanda ilə ABŞ-da idim. Orada qayıtmağın mümkün olmadığını, martın 25-i olduğunu söylədilər.

Vaxt keçdi və mən yenə Qonzalo İquain ilə danışdım. Bu, may ayında idi və onr qayıtmayacağımı, hər an nəyinsə ola biləcəyini bildiyim üçün rahat dincəlməyəcəyimi söylədim. Mənim üçün hər şeydən əvəvl ilk növbədə ailəm gəlir.

Valideynlərimin yaşadığı ərazi təhlükəli idi. Hər kəs bu barədə bilirdi. Eyni zamanda bacımın daşınmaz əmlak agentliyinə hücum edilmişdi. Bacım və baldızım qorxsalar da, mənə vermədilər. Bu, donuz başı və alnında güllə olan bir qutu idi. Bir qeyd idi ki, mən “Sentral”a qayıtsam, növbəti güllə qızımın başında olacaq.

Düşünürəm ki, məni bu qərara vadar edən çoxlu faktorlar olub. Bunlar sadəcə kiçik kağız parçaları deyildi, kadrlar və başqa ciddi şeylər var idi”.

Qeyd edək ki, Di Maria 4 ilini “Rosario Sentral”ın akademiyasında keçirib. O, 2 il Argentina klubunun əsas komandasında çıxış edib.

Aut.az